Tovuzda 2 qadın ölümdən qurtarıldı - DƏM QAZI ZƏHƏRLƏMƏSİ

Tovuzda 2 zəhərlənmə faktı qeydə alınıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Bayramlı kəndində qeydə alınıb.

Kənd sakini - 1976-cı il təvəllüdlü İsmayılova Yeganə Tofiq qızı vanna otağında dəm qazından zəhərlənib.

Rayonun Aşağı Mülkülü kəndində analoji hadisə baş verib.

Kənd sakini - 1985-ci il təvəllüdlü Kamilova Vüsalə Xəyyam qızının hamamda - dəm qazından halı pisləşib. Xəstəxanaya aparılan qadına tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.


 

Müəllif | Apa.Tv
Apa.tv