Tovuzda 32 yaşlı qadın göbələkdən zəhərlənib

Tovuzda  zəhərlənmə  faktı qeydə alınıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Əli Bəyli kəndində baş verib. Belə ki, kənd sakini 1988-ci il təvəllüldlü Şəlalə Qarayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdilib. Dərhal qadına lazimi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirlir. Məlumata görə, qadın yediyi göbələkdən zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv