Tovuzda 58 yaşlı kişi bıçaqlandı
Tovuzda 58 yaşlı kişi bıçaqlanıb.
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun “Semzavod” adlanan yaşayış massivində qeydə alınıb.
1962-ci il təvəllüdlü rayon sakini Əbülfət İslam oğlu Salmanov bıçaq xəsarəti ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.