Tovuzda 67 yaşlı kişi dəm qazından boğulub öldü

Tovuzda 67 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

 

Kənd sakini Oqtay Hüseynov yaşadığı evdə dəm qazından boğularaq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv