Tovuzda ağır qəza: iki minik maşını toqquşdu

Tovuzda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Tovuz  rayonunun Hunanlar kənd sakini Asiman Abuzərovun idarə etdiyi  “VAZ 21011” markalı avtomobil ilə Bakı şəhər sakini Mayıl Quliyevin idarə etdiyi "Mitsubishi" markalı avtomobil toqquşub.

 

Qəza zamanı 47 yaşlı Əli Abuzərov və onun həm yaşıdı Nabat Abbasova həyatını itirib. Qəzada 1965-ci il təvəllüdlü Asiman Abuzərov, 1970-ci il təvəllüdlü Natiq Qasımov və 1964-cü il təvəllüdlü Mayıl Quliyev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv