Tovuzda ağır qəza, ölənlər var

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub. Qəza rayonun İbrahimhacılı kəndi ərazisində qeydə alınıb. “VAZ 21-07” və “VAZ 21-06” markalı avtomobillərin toqquşması zamanı rayonun Alakol kənd sakini 22 yaşlı Elvin Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 18 yaşlı Ruslan Hüseynov və 26 yaşlı Orxan Abbasov ağır xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sonuncunun vəziyyəti ağır olduğundan onun digər xəstəxanaya köçürülməsi təmin olunub. Məlumata görə, Orxan Abbasov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırmalar davam etdirilir. Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV

Müəllif | Apa.Tv
Apa.tv