Tovuzda avtomobil aşıb - ÖLƏN VƏ XƏSARƏT ALAN VAR

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralı isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları və Təcili Tibbi Yardım birqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv