Tovuzda avtomobil səkiyə çırpılıb - XƏSARƏT ALAN VAR
Tovuz rayonunda yol qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil idarəetmədən çıxıb və səkiyə çırpılıb. Qəza zamanı 1984-cü il təvəllüdlü Rəşad Məmmədov yüngül xəsarət alıb. Qəzaya səbəb yağışlı hava olub.
Faktla bağlı araşdırma aparılır.