Tovuzda avtomobilin vurduğu piyada öldü
Tovuzda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən 29 yaşlı Aşağı Quşçu kənd sakini İxtiyar Vəliyevi naməlum avtomobil vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları cəlb olunub. Məlumata görə, piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.