Tovuzda avtomobilin vurduğu piyada xəsarət alıb

Tovuzda yol nəqliyat hadisəsi baş verib.      

APA TV xəbər verir ki, qəza zamanı piyadanı avtomobil vurub.  Hadisə rayonun Heydar Əliyev adına parkın qarşısında qeydə alınıb.

Avtoqəza zamanı "Lada Priora" markalı minik maşını yolun qarşı tərəfə keçmək istəyən Tovuz rayon Alakol kənd sakini, 2000-ci il təvəllüdlü Rüstəmov Amil Elman oğlunu vuraraq ona xəsarət yetirib.

Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv