Tovuzda azyaşlını avtomobil vurub

Tovuzda piydanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

2009-cu il təvəllüdlü Murad Ədilov yolu keçmək istəyən zaman onu minik maşını vurub. Azyaşlı dərhal sürücü tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv