Tovuzda bir mağazadan həftə ərzində iki dəfə oğurluq edilib
Tovuzda bir mağazadan həftə ərzində iki dəfə oğurluq edilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Axundov küçəsində qeydə alınıb. Lalə Ələkbərovanın icarə əsasında işlətdiyi mağaza son bir həftə ərzində ikinci dəfə qarət edilib.
Naməlum şəxs və ya şəxslər mağazaya qapının qıfılını sındıraraq daxil olublar. İçəridən spirtli və enerji içkiləri, tütün məmulatları, ət məhsulları və müxtəlif növ ətirlər götürüblər.
Mağazadan birinci dəfə 2 min manata yaxın oğurluq edilib. Sonuncu oğurluq zamanı isə icarədara dəymiş ziyanın məbləği hələ hesablanmayıb.
Hadisə ilə bağlı polisə məlumat verilib, araşdırmalara başlanılıb.