Tovuzda çayxana yanıb

Tovuzda yanğın hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində parkdakı çayxanada qeydə alınıb.

Sözügedən parkda 1944-cü il təvəllüldü Sahib Zeynalova məxsus yarımtikilidə yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin baş verməsi səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv