Tovuzda ekskavator yanaraq kül oldu
Tovuzda ekskavator yanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, “POLAD” yol şirkətinə məxsus ekskavator anidən yanmağa başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin texnikaları və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb.
Hadisə zamanı texnika yararsız hala düşüb.