Tovuzda əri tərəfindən bıçaqlanan qadın öldü
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədova, əri 1986-cı il təvəllüdlü Məmmədəliyev Malik Şahmar oğlu tərəfindən bıçaqlanıb. Rəqsanə Məmmədova xəstəxanaya yerləşdirilib və əməliyyata götürülüb. Lakin, 30 yaşlı Rəqsanə Məmmədova həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Hadisəni törətməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Məmmədəliyev Malik Şahmar oğlu tutulub.
Faktla bağlı araşdırma aparılır.