Tovuzda evdən yarım kiloqram qızıl oğurlandı

Tovuzda evdən yarım kiloqram qızıl oğurlanıb.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. Kənd sakini Həmayət İsmayılovaya məxsus evdən yarım kiloqrama yaxın qızıl-zinət əşyaları oğurlanıb.

 

Qeyd edək ki, hadisə baş verən zaman evdə heç kim olmayıb.

 

Hadisə barədə polisə məlumat verilib, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv