Tovuzda gənc oğlana hücum edən canavar onu yaralayıb

Tovuzda gənc oğlana canavar hücum edib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Əsirik kəndində, meşə yaxınlığında qeydə alınıb. 23 yaşlı Samir Əliyev meşənin kənarıyla evlərinə gedərkən meşədən çıxan canavar ona qəfil hücum edib.

 

Canavar dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən gəncə dərhal lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Samir Əliyev ilkin yardımdan sonra evə buraxılıb.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv