Tovuzda həmyerlisini öldürərək su kanalına atan şəxs yaxalandı

Tovuzda qətl törədən şəxs tutulub.

 

APA TV-nin məlumatına görə, rayonun Abulbəyli yaşayış massivində Bozalqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Mehdiyev Abulbəyli kənd sakini, 1984-cü il təvəllüdlü Aftandil Sultanovun həyətindəki mağazaya oğurluğa girib. Aftandil Sultanov mağazadakı kamera vasitəsilə onu görüb və evdən bıçaq götürərək mağazaya gəlib. O, mağazanın giriş qapısında Elnur Mehdiyevlə rastlaşıb və nəticədə əlbəyaxa dava düşüb. Dava zamanı Aftandil Sultanov əlindəki bıçaqla  Elnur Mehdiyevin ürəyindən bir neçə bıçaq zərbəsi vurub. Elnur Mehdiyev Aftandil Sultanovun əlindən qurtulub rayonun Əhməd Cavad küçəsi istiqamətində qaçıb.

 

Səhər saatlarında isə Elnur Mehdiyevin meyiti Əhməd Cavad küçəsindəki kanaldan tapılıb.

 

Aftandil Sultanov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv