Tovuzda iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı

 

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin qərb bürosnun məlumatına görə, hadisə Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

 

1966-cı il təvəllüdlü Tapdıq Quliyevin idarə etdiyi “Mercedes” markal mikroavtobusla “VAZ 2107” markalı minik maşını toqquşub.

 

Qəza nəticəsində “VAZ 2107”nin sərnişi - 1998-ci il təvəllüdlü Qarayev İsmət Şükür oğlu hadisə yerində ölüb.

 

“VAZ”da olan iki nəfər - 2005-ci il təvəllüdlü Məmmədova Sunay Məqsəd qızı və 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu ağır vəziyyətdə Tovuz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdililib.

 

Həkimlərin səyinə baxmayaraq Qədim Ağayev keçinib. Digər yaralı - Sunay Məmmədovanın vəziyyəti ağır olduğundan Qazax Müalicə Diaqnostika mərkəzinə aparılıb.

 

Qeyd edək ki, qəza zamanı mikroavtobusda da sərnişinlər olub. Onların arasında yüngül xəsarət alanlar var.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv