Tovuzda iki avtomobil toqquşdu – SƏRNİŞİN YARALANDI
Tovuzda yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2106” markalı minik maşını ilə “Mersedec” toqquşub. Qəza zamanı 1951-ci il təvəllüdlü Dilarə Mehdiyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV