Tovuzda maşın aşıb, bir ailənin beş üzvü xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

                                              

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

 

APA TV xəbər verir ki, hərəkətdə olan "Hyundai Tucson" markalı minik maşını idarəetməni itirərək   aşıb.

 

Hadisə nəticəsində maşında olan 5  nəfər xəsarət alıb. Xəsarət alanların hamısı bir ailənin üzvüdürlər.

 

Yaralılar dərhal Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.  Hazırda xəstələrin vəziyyəti kafi qiymətləndirilir.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv