Tovuzda maşın bazara girdi

Tovuzda ağır yol qəzası baş verib.

 

Hadisə rayon ərazisində yerləşən mal-qara bazarında qeydə alınıb. Rayon sakini, 55 yaşlı Asim Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub. Bu zaman avtomobil bazar ərazisində olan piyadalar: Ramiz Bayram oğlu Aslanov, Göyçək Qələndər qızı Əliyeva, Ramil Həsən oğlu Alıyev, Asəf Natiq oğlu Orucov və Hümmət Ülfət oğlu Əliyevi vurub. Maşının altında qalan şəxslər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onlardan 2001-ci il təvəllüdlü Hümmət Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Tovuz RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv