Tovuzda məktəb ləvazimatları mağazasından oğurluq edilib

Tovuzda məktəb ləvazimatları mağazasından oğurluq olub.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

 

Belə ki, Validə İsayevaya məxsus mağazadan gecə saatlarında naməlum şəxs və ya şəxslər bahalı saat və alışqanlar oğurlayıblar. Hadisədən mağaza sahibi səhər saatlarında xəbər tutub.

 

Hadisə ilə bağlı polisə məlumat verilib, araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv