Tovuzda minik maşını aşdı, sürücü xəsarət aldı

Tovuzda minik maşını aşıb sürücü xəsarət alıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndi yaxınlığında qeydə alınıb.

 

Belə ki, 1989-cu il təvəllüdlü Emin Mehrəliyev idarə etdiyi "VAZ 2106" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.

 

Hadisə zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv