Tovuzda minik maşını qatarla toqquşdu - İKİ NƏFƏR YARALANDI

Tovuzda minik maşını qatarla toqquşub.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Dondar Quşçu keçidində qeydə alınıb.

 

"VAZ-21011" markalı minik maşını dəmir yolu keçidini keçən zaman qatarla toqquşub. Nəticədə 26 yaşlı Vahid İsmayılov və 36 yaşlı Hüseyn Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Keçid növbətçisinin sözlərinə görə, qatar gələn zaman minik maşını bağlı keçiddən keçmək istəyib və bu zaman hadisə baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv