Tovuzda piyadanı vuraraq öldürən sürücü hadisədən sonra vəfat edib
Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Hərəkətə olan minik maşını ortayaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Piyadanın kimliyi dəqiqləşdirilir.
Piyadanın ölümünə səbəb olan sürücü, Şəmkir rayonunun Duyərli kənd sakini, 1988-ci il təvəllüdlü Röyal İmanov hadisədən sonra vəfat edib. Avtomobilin sürücüsü ürəktutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.