Tovuzda qadın dəm qazından boğuldu
Tovuzda dəm qazından zəhərlənmə baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bozalqanlı kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü kənd sakini Əsmər Abdıyeva vanna otağında dəm qazından boğulub. Zərərçəkəni xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.