Tovuzda qadın göbələkdən zəhərləndi
Tovuzda zəhərlənmə hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Gülxanım Alıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qadının yaxınlarının sözlərinə görə, o, göbələkdən zəhərlənib.