Tovuzda qadını maşın vurdu

Tovuzda qadını maşın vurub.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi küçəsində qeydə alınıb.

 

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən Aran Yanıxlı kənd sakini, 1991-ci il təvəllüdlü Ramilə Zeynalovanı avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildrilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Tovuz

 

Müəllif | Apa.Tv
Apa.tv