Tovuzda qadını maşın vurub öldürdü

Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası olub.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan "NAZ Lifan" markalı minik maşını yolu keçmək istəyən 64 yaşlı Zərdəstə Məmmədovanı vurub. Piyada hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

Apa tv Tovuz

Müəllif | Apa.Tv
Apa.tv