Tovuzda qətl - 27 YAŞLI GƏNC ÖLDÜRÜLDÜ

Tovuzda qətl hadisəsi baş verib. 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ceyrançöl adlanan ərazisində, fermada qeydə alınıb. Tovuz rayonunun Həsənli kənd sakini 31 yaşlı Elvin Əhmədov Gədəbəy rayon Əmiraslanlı kənd sakini 27 yaşlı İlqar Məmmədovu qətlə yetirib. Sonuncu aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib.

Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1990-cı il təvəllüdlü Elvin Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Elvin Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv