Tovuzda qəzada bir nəfər ölüb, 5 nəfər yaralanıb

Tovuzda ölümnən  nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə rayonun girişində, "ASAN Xidmət"in qabağında qeydə alınıb. Qəza nəticəsində  bir nəfər ölüb, 5 nəfər yaralanıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, "Prado" ilə "Mercedec"in toqquşması nəticəsində ölən rayonun Kirən kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərov Samir Elman oğludur.

 

Qəza zamanı Kirən kənd sakinləri – 1999-cu il təvəllüdlü Səməndərov Yasin Afiq oğlu, 1986-cı il təvəllüdlü Rzayev Muxtar Kamandar oğlu, 1997-ci il təvəllüdlü Əyyubov Anar Mahir oğlu, 1989-cu il təvəllüdlü Cəfərov Samir Fərmail oğlu, 1995-ci il təvəllüdlü Nərimanov Sərxan Mahir oğlu xəsarət alıb.  Yaralılardan Əyyubov Anar Mahir oğlunun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Tovuz

Müəllif | Apa.Tv
Apa.tv