Tovuzda toy etmək istəyənlər saxlanıldı

Tovuzda toy mərasimin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-yə  verilən məlumata görə Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayonun Əyyublu kəndi  ərazisində yerləşən “EL” restoranında  toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, restoranın xidmət personalı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 8 nəfər saxlanılan şəxs barəsində protokol tərtib edilərək 200 manat miqdarında, obyekt sahibi isə 4000 manat miqdarında cərimə edilib.

Müəllif | Apa.Tv
Apa.tv