Tovuzda toy mərasimi dayandırıldı – CƏRİMƏ EDİLƏNLƏR VAR

Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, Polis Şöbəsinə rayon ərazisində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb,  iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində protokol tərtib edilərək hər biri 200 manat miqdarında cərimə ediliblər.

Müəllif | Apa.Tv
Apa.tv