Tovuzda traktor aşdı - SÜRÜCÜ XƏSARƏT ALIB

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Qırıxlı kəndində qeydə alınıb.

Hərəkətdə olan traktor idarəetmədən çıxaraq yolun kənarına aşıb. Sürücü, 1954-cü il təvəllüdlü Hüseynov Hüseyn Zaman oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv