Tovuzda yanğın hadisəsi baş verib - XƏSARƏT ALAN OLMAYIB

Tovuzda yanğın hadisəsi baş verib.


APA TV-nin yerli bürosundan verilən məlumata görə, hadisə rayonun Xatınlı kəndində vətəndaş İsrafil Mustafayevə məxsus fərdi evdə qeydə alınıb. İlkin məlumata görə evdə nəzarətsiz qalan azyaşlı evin birinci mərtəbəsində olan quru otu yandırıb, nəticədə yanğın baş verib. Yanğın zamanı 130 kv metr olan 2 mərtəbəli ev yanaraq külə dönüb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə hissəsinin Tovuz rayon şöbəsinin üç yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evdə qalan qadın və dörd uşaq təxliyə edilib. 


Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. 


Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu
APA TV TOVUZ 

Müəllif | Apa.Tv
Apa.tv