Tovuzda yaşayış evində partlayış oldu, bir nəfər yaralandı

Tovuzda evdə partlayış baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

 

Yaşayış evində kustar üsulla hazırlanmış qaz sobasında partlayış olub. Nəticədə 1964-cü il təvəllüdlü Nəzakət Süleymanova yanıq xəsarəti alaraq Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətin orta ağır olduğu bildirilir.

 

Hadisənin baş vermə səbəbi araşdırılır

 

Müəllif | Apa.Tv
Apa.tv