Tovuzda yaşlı kişini elektrik cərəyanı vurdu

Tovuzda bədbəxt hadisə baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

 

72 yaşlı Qovlar şəhər sakini Sabir Ələkbərov evdə elektrik işləri görən zaman onu cərəyan vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv