Tovuzda yol qəzasında 2 nəfər xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Cırdaxan kəndində qeydə alınıb.

“Lexus” markalı minik maşını ilə “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ 2107”nin sürücüsü, 1982-ci il təvəllüdlü Musayev Radiq Sədrəddin oğlu və sərnişin, 1977-ci il təvəllüdlü Musayeva Ədilə Bağan qızı xəsarət alıb.

İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraiti olub. 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv