Tovuzda zəncirvari qəza: yaralılar var - APA TV

Tovuzda yol qəzası baş verib.

 

APA TV- nin yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında  rayonun girişində Asan xidmətin qarşısında qeydə alınıb. Hərəkətdə olan "Opel", "Mercedes" və "Chevrolet - Niva" markalı minik maşınları  toqquşub. Qəza zamanı 4  nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv