05:47 24 yanvar 2023 342
Ana səhifə Xəbərlər

Toxunsaydılar, dəhşət baş verərdi – APA TV

 

Şəmkirin Seyfəli kəndi yaxınlığında partlamamış aviabomba aşkar olunub. APA xəbər verir ki, yaşayış məntəqəsinin yaxınlığındakı çöllükdən keçən gənclər hərbi təyiantlı vəsaitə rast gəlib. Sursat tapılan ərazi yaşayış məntəqəsindən bir neçə kilometr aralıda yerləşir. Bura hərbi təlim poliqonu kimi istifadə olunur. Buna baxmayaraq, sakinlər adi vaxtlarda bu çöllükdən digər yaşayış məntəqələrinə gediş-gəliş üçün qısa yol kimi yararlanır. Bu isə onu deməyə əsas verir ki, bu cür partlamamış hərbi sursatlara kiminsə ehtiyatsız davranışı hər an faciəyə səbəb ola bilər. Qeyd edək ki, aşkar olunan sursatın zərərsizləşdirilməsi üçün müvafiq dövlət qurumlarına məlumat verilib. Hadisə yerinə gələn mütəxəssislər onun aviasiya bombası olduğunu müəyyən edib. Ehtimal olunur ki, bomba genişmiqyaslı təlimlər zamanı təyyarədən atılıb, amma partlamayıb. Fuad Nazimoğlu Mehdi Məmmədov APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın