Toy edən şəxslər  və restoran sahibi cərimələndi – ŞƏMKİRDƏ 

Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub.

 

APA TV-nin yerli bürosundan verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Qəsr” restoranında toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb,  iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 10 nəfər saxlanılan şəxs barəsində inzibati qaydada tədbir görülüb.

 

Restoran sahibi barəsində protokol tərtib edilərək, 5000 manat miqdarında cərimə edilib.

 

Qeyd edək ki, adı çəkilən restoran artıq 3-cü dəfədir ki, karantin rejimi qaydalarını pozur.

 

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv