Toy karvanında avtoxuliqanlıq etdilər, polis bağışlamadı
Ağdamda avtoxuliqanlıq edən 9 nəfər saxlanılıb. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib. Onların idarələrində olan avtomobillər müvəqqəti duracağa yerləşdirilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun protokollar tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.