Toy məclisi təxirə düşən mingəçevirlilər qərara anlayış göstərir
Toy məclisi təxirə düşən Mingəçevirlilər qərara anlayış göstərir.
APA Tv–nin Mingəçevir bürosunun məlumatına görə, övladlarının toy-nişan məclislərini keçirməyə hazırlaşan yerli sakinlər koranavirus təhlükəsi ilə əlaqədar toy məclislərinə qoyulan müvəqqəti yasağın şokundan tədricən çıxmağa başlayıb. Xüsusi ilə də ən yaxın günlərdə toya hazırlaşan və hətta dəvatnamələri də paylanmış ailələr yaxınlarının, qohumlarının qonşularının verdiyi təskinlik sayəsində mənəvi rahatlıq tapıb. Onlardan biri olan şəhər sakini Sabir Hidayətov 300-dən artıq dəvətli qonaqla birgə qız övladına toy şənliyi keçirməyə hazırlaşırdı, həm də ən yaxın ərəfədə. Amma verilən qərar planlarını dəyişmək məcburiyyətində qoydu ailəni. Sabir Hidayətov ilk anda üzülsələr də bu qərarı doğmaları tərəfindən anlayışla qarşıladıqlarını bildirir.
Şəhərdə kifayət sayda şadlıq sarayları var ki, əldə edilən məlumata görə, onlarda ay üçün öncədən nəzərdə tutulmuş bütün mərasimlərin dayandırıldığı bildirilir. Saraylardan birinin administratoru Rəşad Əjdərzadə yaranmış vəziyyətlə bağlı bütün toy sahibləri ilə təmas yaratdıqlarını və toy vaxtlarının xüsusi rejimin tətbiq edildiyi vaxtdan sonrakı günlərə dəyişdirildiyini bildirir.Təkcə bu sarayda 15 toy təxirə salınıb.
Dolanışığı toy məclislərindən gələn 50 nəfərlik persanal da çətinliklərinə baxmayaraq verilən qərara anlayış nümayiş etdirir.