Toy pulu üçün Şəkidən Gəncəyə gələn fəhlə öldü - KİRAYƏ MƏNZİLDƏ

 

Gəncədə dəm qazı daha bir can alıb.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Natəvan qəsəbəsində baş verib.

Kirayədə yaşayan Şəki rayonunun Kiçik Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Mehdi Bayram oğlu Məmmədzadə dəm qazından boğularaq ölüb.

Mehdi Məmmədzadənin boğulmasından ilk xəbər tutan kirayəşin yoldaçı - Biləsuvar rayon sakini Həsən Həsənov olub: “İşdən gələndən sonra evdə isindik. Mehdi yuyunmaq istədiyini bildirdi. Dedim keç, hamamda yuyun. Qayıtdı ki, hamam soyuqdur, ayaqyolunda yuyunacağam. Elə hadisə də orda baş verdi”.

Həsən Həsənov yoldaşını xilas etməyə çalışsa da, gec olub.

Qeyd edək ki, Mehdi Məmmədzadənin 2 övladı var. O, bir neçə gün əvvəl Gəncəyə tikintidə işləmək üçün gəlib və dekabrın 12-də qaynının toyuna getməyə hazırlaşıb.

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv