Toya gedən ailə dəhşətli qəzaya düşdü - 3 nəfər öldü
Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Rəncbərlər kəndi ərazisində qeydə alınıb.
Toy karvanına daxil olan “VAZ 2107” markalı avtomobil “ Mercedes” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilində sərnişinlərdən 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı, Nağıyeva Əziz Məhəmməd qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğlu aldığı xəsarətlərdən vəfat edib.
Sürücü, 1993-cü il təvəllüdlü Nağıyev Yusif Məhəmməd oğlu və digər sərnişin Nağıyeva Təranə Mahmud qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən və xəsarət alan şəxslər toya gedirlərmiş.