Toya hazırlaşan 3 uşaq anası öldü - DƏM QAZINDAN BOĞULMA

Gəncədə üç uşaq anası faciəli şəkildə ölüb. 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.

Bu ünvanda yaşayan 1989-cu il təvəllüdlü İsayeva Şəfiqə Niyazi qızı dəm qazından boğularaq ölüb.

Həmin gün Şəfiqə İsayevanın yaxınlarından birinin toyu imiş və qadın toya getməyə hazırlaşıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma lara başlanılıb

Müəllif | Apa.Tv
Apa.tv