Toyda içib kefləndilər, xuliqanlıq etdilər

Şəmkirdə avtoxuliqanlıq edən şəxslər həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, oktyabrın 20-si  axşam saatlarında Şəmkir rayon İrmaşlı kənd sakini Vasif Mirzəoğlu dostu və həmkəndlisi Sənan Tağıyevə məxsus “VAZ” markalı avtomobillə, toy mərasimində spirtli içki qəbul etdikdən sonra rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozub və bununla da vətəndaşların haqlı narazılığına səbəb olub.

Sürücülük hüququ olmadan avtomobil idarə edən “sürücü” polis əməkdaşları tərəfindən saxlanılan zaman o, avtomobildə olan digər sərnişinlər - Elmar Adıgözəlov, Sənan Tağıyev və Qismət Hüseynov sərxoş halda polisin qanuni tələblərinə tabe olmayaraq, nalayiq ifadələr işlədərək ictimai xuliqanlıq ediblər.

Saxlanılaraq Polis Şöbəsinə gətirilən şəxslər barəsində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.

 

Müəllif | Apa.Tv
Apa.tv