Toydan çıxan cütlük ölümdən döndü - BMW AŞDI

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Taksi kimi istifadə edilən olan BMW markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan rayonun Ziyatlı kənd sakinləri - 1981- ci il təvəlldlü Qocayev Ravil Firdovsi oğlu və onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ələkbərova Gültəkin Xaliq qızı xəsarət alıblar. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Qeyd edək ki, qəzaya düşənlər toy məclisindən qayıdıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv