Tramp: “İran heç vaxt nüvə silahına sahib olmayacaq”
“İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcək”.
APA TV-ninməlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Twitter" hesabında yazıb.
Xatırladaq ki, İran bəyanat yayaraq nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 5-ci (sonuncu) addımı atdığını və nüvə proqramının icrası ilə bağlı bundan sonra heç bir məhdudiyyət tətbiq etməyəcəyini bildirib.